Dekabrın 2-də Bakı Rəsm Qalereyasında “Qırılmaz ümidlər” adlı sərgi açılacaq. Qalereyadan bildiriblər ki, 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr ediləcək sərgidə “Esmiralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının 5 üzvünün ümumilikdə 35 əsəri nümayiş olunacaq. Sərgi 2 gün davam edəcək.