Noyabrın 30-da Gürcüstan paytaxtındakı Yelena Axvlediani adına uşaq rəsm qalereyasında Marneulidə yaşayan azərbaycanlı uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.
Sərgi Gürcüstan Reinteqrasiya Nazirliyinin təşəbbüsü, Vətəndaş İnkişafı Agentliyinin (CİDA) maliyyə dəstəyi və Kvemo-Kartli bölgə administrasiyasının təşkilatçılığı ilə baş tutub. Sərgidə Marneulidə fəaliyyət göstərən “UNİON” gənclər təşkilatının nəzdindəki dərnəklərin əl işləri nümayiş edilib.
“UNİON” gənclər təşkilatının rəhbəri Elmira Yusubova sərgidə 380-dək rəsm əsəri, tikmə, xalçalar, hörmə işləri, toxuculuq, tətbiqi incəsənət nümunələrinin nümayiş etdirildiyini deyib.
Tədbirdə çıxış edən Yelena Axvlediani adına uşaq rəsm qalereyasının direktoru Liya Qorqadze “Gənc istedadlar” şüarı ilə təşkil olunan azərbaycanlı uşaqların sərgisini yüksək qiymətləndirib. Sonra o, “UNİON” gənclər təşkilatına gürcü xalq çalğı aləti “Çonquri” və “Rustavi” ansamblının mahnılarından ibarət disklər hədiyyə edib.