Dekabrın 7-də Xətai Miniatür Sənəti Qalereyasında mərhum rəssam Zakir Hüseynovun xatirəsinə həsr olunmuş sərgi açıldı. Tədbirdə rəssamın həyat və yaradıcılığından bəhs edən “Tənha döyüşçü” kitabının təqdimat mərasimi keçirildi.
   
      Mərasimi giriş sözü ilə açan qalereyanın bədii rəhbəri, Xalq rəssamı Arif Hüseynov rəssamın yaradıcılığından danışdı. Bildirdi ki, “Azərbaycan müasir təsviri sənət ustaları” seriyasından kitabların nəşri milli bədii ənənələrimizi dirçəltmək və onu yeni forma-məzmunla zənginləşdirmək arzusunda olanlara dəstək verməsi məqsədi daşıyır.
   Bu seriyadan ilk kitab rəssam Zakir Hüseynova həsr olunub. Kitabın müəllifi, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bir il əvvəl dünyasını dəyişən istedadlı rəngkarın həyat və yaradıcılığından söz açdı. Qeyd etdi ki, fırça ustası özünü rəssamlıq məkanımızın “tənha döyüşçüsü” adlandırırdı. Onun yaradıcılığında başqalarına bənzəməyən insani və yaradıcı dəyərlərin mövcudluğu bunu söyləməyə əsas verir.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov qeyd etdi ki, Zakir Hüseynov öz yaradıcılığı ilə Azərbaycan incəsənətini təbliğ edib, onun əsərləri dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın yaradıcılığında xüsusilə Abşeron təbiəti böyük məharətlə tərənnüm olunub.
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu Azərbaycanın incəsənət xadimlərinin dünya mədəniyyətinə zəngin töhfələr verdiyini vurğuladı, tədbirin əhəmiyyətini qeyd etdi. Qeyd olundu ki, belə tədbirlər rəssamlarımızın yaradıcılığını geniş ictimaiyyətə tanıdılmasına xidmət edir: “Zakir Hüseynov vaxtsız vəfat etsə də, bu gün öz əsərləri ilə yaşayır, rənglərin dili ilə bizimlə danışır”.
   Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov hələ sağlığında ikən rəssamın yaradıcılığına böyük diqqət göstərildiyini bildirdi. Bildirdi ki, ixtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alan rəssam 1987-ci ildən ömrünün sonuna qədər müxtəlif miqyaslı sərgilərin iştirakçısı olub.
   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Əlikram Əliyev, Əməkdar rəssam Qəyyur Yunus və başqaları rəssamın yaradıcılığından, onun insani keyfiyyətlərindən söz açdılar.
   Rəssamın qardaşı Taleh Hüseynov sərginin təşkilatçılarına, kitabın hazırlanmasında əməyi keçən insanlara ailələri adından minnətdarlığını ifadə etdi.
   Sonra sərgiyə baxış keçirildi. Qeyd edək ki, bir ay davam edəcək sərgidə rəssamın 50-dək rəngkarlıq işi nümayiş olunur.
   Tədbirdə “Azərbaycan müasir təsviri sənət ustaları” seriyasından çap edilmiş “Tənha döyüşçü” kitabı da sənətsevərlərə təqdim olundu. Kitab rəssamın həyat və yaradıcılığına, əsərlərinin təhlilinə həsr edilib.
   Zakir Hüseynov 1961-ci ildə Bakının Əmircan kəndində dünyaya gəlib. 2010-cu il oktyabrın 31-də dünyasını dəyişib.   

   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar