Dekabrın 28-də Bakının mərkəzində - Üzeyir Hacıbəyli küçəsi, 38 ünvanında “LN Art Centre” qalereyasının açılışı keçirildi. Mərasimdə tanınmış rəssamlar, incəsənət xadimləri, rəsmi nümayəndələr iştirak edirdilər.
   
   Tədbirdə çıxış edən “LN Art Cente” qalereyasının direktor müavini Aysel Əmirova Yeni il ərəfəsində belə bir incəsənət məkanının istifadəyə verilməsini fırça ustalarımıza hədiyyə, sənət adamlarına bayram töhfəsi adlandırdı: “Qalereyanı açmaqda əsas məqsəd müasir incəsənət nümunələrini üzə çıxarmaq, gənc rəssamların işlərini nümayiş etdirmək, təqdimatlar keçirmək, eyni zamanda, Azərbaycanın fırça ustalarının xarici ölkələrdə sərgilərinin açılmasına yardımçı olmaqdan ibarətdir. Burada Azərbaycanın tanınmış rəssamları ilə yanaşı, müasir, gənc rəssamların işləri də nümayiş olunur. Mərkəzdə fərdi sərgilərin keçirilməsi də planlaşdırılır”.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev paytaxtımızda daha bir sənət məkanının fəaliyyətə başlamasından məmnun olduğunu bildirdi. Rəssamlığın inkişafı, gənc və artıq sözünü demiş rəssamların bir arada olması üçün belə mərkəzlərin açılmasını təqdirəlayiq hesab etdi. Gələcəkdə mərkəzin keçirəcəyi layihələrə nazirliyin də dəstək olacağının bildirdi.
   Gənc rəssam Anar Hüseynzadə isə qalereyanın fərdi sərgilərin keçirilməsi üçün əlverişli məkan olduğunu dedi.
   Daha sonra iştirakçılar açılış münasibətilə qalereyada sərgilənən əsərlərlə tanış oldular. Ekspozisiyada Rasim Babayev, Müseyib Əmirov, Adil Yusif, Emin Əsgərov, Anar Hüseynzadə, Məmməd Rəşidov və digər rəssamların 30-dan çox əsər nümayiş etdirilir.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar