Moskvada azərbaycanlı rəssamın sərgisi
   
   Moskvada, Krımski val küçəsində yerləşən Mərkəzi Rəssamlar Evində istedadlı Azərbaycan rəssamı Yuran Məmmədovun əsərlərinin nümayiş etdirildiyi “Tütək səsi” adlı sərgi açılıb. Sənətkarın qızı, rəssam Günel Yuran sərgini açaraq bu tədbirin təşkil edilməsinə və mərhum atasının yaradıcılıq irsinin təbliğinə göstərilən köməyə görə Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyinə təşəkkür edib.
   Rəssam Yuran Məmmədov 1937-ci ildə Naxçıvanda anadan olub. Doğma yurdun rənglərinin əlvanlığı, zənginliyi və təzadı onun gözəl əsərlərində öz əksini tapıb.
   1962-ci ildə Repin adına Rəssamlıq Akademiyasını bitirib, “Lenfilm” studiyasında işləyib, pedaqoji fəaliyyətlə məşğul olub.
   Rəssam deyirdi ki, rəngkarlıq həqiqəti tamaşaçıya çatdıra bilər. Bütün varlığı ilə rəngkarlığa bağlı olan insan kimi seçilən rəssam öz yaradıcılığında dünyanın sonsuzluğu ideyasını tərənnüm edirdi. O öz əsərlərini akademik mühitdə qəbul edilməmiş qiyamçı ruh, gərgin baxış, istər özünə, istərsə də ətrafdakı insanlara hədsiz saf münasibətə əsaslanan qanunlar üzrə yaradırdı. Bu gün Yuranın əsərləri Azərbaycan, Türkiyə, Rusiya, Almaniya və Fransa muzeylərində, habelə şəxsi kolleksiyalarda saxlanılır.
   Sərginin açılışında Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin, Moskva və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar