Yanvarın 31-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Qalereya-1969” salonunda Gənclər Gününə həsr olunmuş “Müasir yaradıcılıq axşamı” adlı sərgi keçirilib. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycan dövləti tərəfindən yaradıcı gənclərin tədbirlərinin keçirilməsinə daim diqqət və qayğı göstərilir. Gənclərin yaradıcılıq imkanlarının dəstəklənməsinə xidmət edən bu tip layihələr gələcəkdə də davam etdiriləcək.
   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək yaradıcı gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Tədbirdə modelyer-dizayner Turan Kərimbəylinin, modelyerlər Leyla Eyvazova və Zülfiyyə Salmanovanın yaradıcılıq işləri nümayiş olunub.