Gənclər Günü münasibətilə “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin və Şuşa Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə gənc rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
   Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Gənclər Günü münasibətilə şuşalı gənclərin timsalında bütün Azərbaycan gəncliyini təbrik edib. Sonra rayonun istedadlı gənclərinin yaradıcılığına həsr edilmiş “Şuşanın səsi” adlı yeni albomun təqdimatı olub.
   Tədbirdə çıxış edən “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İB-nin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısı və bu sahədə həyata keçirilən işlər barədə danışıb.
   Sonda Prezident İlham Əliyevə Şuşa gəncləri adından müraciət qəbul olunub. Müxtəlif müsabiqə və yarışlarda yüksək nəticələr əldə etmiş rayonun gənclərinə fəxri fərmanlar təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar