Fevralın 2-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Gənclər Gününə həsr olunmuş “Qədim çeşnilərimiz yeni təzahürdə” adlı sərgi keçirilib. “Azərbaycan Xalçaları” İctimai Birliyi tərəfindən təşkil olunmuş sərginin açılış mərasimində dünya muzeylərində nümayiş etdirilən xalçalarımızdan söz açılıb.
Sərgidə qədim xalçaların çeşniləri əsasında İctimai Birliyin gənc üzvləri tərəfindən toxunmuş 20-yə yaxın xalça təqdim edilib. Əl işləri arasında Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ xalça məktəblərinə aid olan nümunələrin qədim ənənələri saxlanılmaqla müasir formada toxunmuş Şıxlı, Pirəbədil, Quba, Çələbi, Novxanı, Qəşəd, Qədim Minarə, Qonaqkənd, Kürdəmir, Bico xalçaları daha çox diqqəti cəlb edib və maraqla qarşılanıb.