Tanınmış rəssam Sakit Məmmədov Rusiyanın nüfuzlu mükafatına layiq görülüb
   
   Məşhur azərbaycanlı rəngkar, Azərbaycanın Əməkdar rəssamı Sakit Məmmədov Rusiyanın nüfuzlu “Minilliyin adamı” mükafatına layiq görülən ilk azərbaycanlı olub.
   
   Azərbaycan rəssamına bu yüksək mükafat onun dünya mədəniyyəti və təsviri sənətinə verdiyi töhfəyə görə təqdim edilib. Fevralın 9-da Moskvada, P.Çaykovski adına konsert zalında mükafatın təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə Rusiyanın görkəmli incəsənət xadimləri, ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.
   “Minilliyin adamı” mükafatı Rusiya Federasiyası Prezidenti Aparatının, Federasiya Şurasının, Dövlət Dumasının, habelə UNESCO və BMT-nin dəstəyi ilə təsis edilib. Azərbaycanlı rəssamın bioqrafiyası RF Prezidenti Aparatının, Federasiya Şurasının, Dövlət Dumasının, BMT-nin İnformasiya Mərkəzinin və UNESCO-nun dəstəyi ilə nəşr olunan “Bizim minilliyin adamları” ensiklopediyasına daxil edilib. Bu yüksək mükafata indiyə qədər Rusiyanın Baş naziri Vladimir Putin, Moskvanın və Bütün Rusiyanın Patriarxı, mərhum İkinci Aleksi, digər tanınmış şəxslər layiq görülüblər.
   Sakit Məmmədov onun yaradıcılığına verilən yüksək qiymətə görə Rusiya tərəfinə təşəkkürünü bildirərək deyib: “Mən azərbaycanlı olmağıma və Azərbaycanı təmsil etdiyimə görə qürur duyuram. Hesab edirəm ki, bu mükafat təkcə mənə deyil, bütün Azərbaycan xalqına, qədim mədəniyyətə və zəngin sənət ənənələrinə malik olan Azərbaycana verilən qiymətdir”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar