Fevralın 10-da Muzey Mərkəzində “6-cı mikrorayon rəssamları” adlı sərginin açılışı oldu.
   
   Açılış mərasimində çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Bakının 6-cı mikrorayonunda rəssamlıq emalatxanasında bir çox tanınmış rəssamların çalışdığını qeyd etdi. Qeyd olundu ki, sərgidə həmin rəssamların əsərləri nümayiş olunur. F.Xəlilov bundan sonra belə sərgilərin tez-tez keçirilməsini arzuladı.
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun aparıcı məsləhətçisi Əsəd Quliyev sərgidə əsərləri nümayiş olunan rəssamları təbrik etdi, onlara yaradıcılıq uğurları arzuladı.
   Sonra sərginin açılışını bildirən qırmızı lent kəsildi və qonaqlar sərgi salonuna dəvət olundular.
   Fevralın 16-dək davam edəcək sərgidə Azərbaycan Rəssamlar İttifaqının 6-cı mikrorayonda yerləşən yaradıcılıq emalatxanasında fəaliyyət göstərən 40-a yaxın rəssamın 64 əsəri nümayiş etdirilir.
   Sərginin təşkilində əsas məqsəd yaradıcılıq dünyasının, bədii təfəkkür tərzinin genişliyini, uzun illər emalatxanada qalaraq heç vaxt sərgi salonlarına çıxarılmayan sənət əsərlərinin nümayiş etdirilməsidir.
   Sərgidə nümayiş olunan əsərlər orijinallığı, üslub rəngarəngliyi ilə diqqəti çəkir, eyni zamanda ümumbəşəri dəyərlərin tərənnümü kimi ümdə məsələlər üzərində düşünməyə imkan verir.
   Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə nəşr olunan və 6-cı mikrorayondakı yaradıcılıq emalatxanasında fəaliyyət göstərən rəssamların əsərlərindən ibarət kataloq da təqdim olundu.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar