Fevralın 23-də Azərbaycan İstiqlal Muzeyində “Xocalısız 20 il” adlı tədbir keçirildi.
   Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi çıxış edərək faciənin incəsənətdə, xüsusən təsviri sənətdə əks olunmasının vacibliyindən danışdı. Vaxtilə Xocalı faciəsi qurbanlarını lentə almış operator, polkovnik-leytenant Seyidağa Mövsümlü şahidi olduğu hadisələrdən ürək ağrısı ilə danışdı.
   Xocalıda dinc insanların başına gətirilənləri vəhşilik adlandırdı. Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov Azərbaycan rəssamlarının, heykəltəraşlarının ölkəmizin hüdudlarından kənarda da bu mövzuda sərgilərinin təşkil olunduğunu dedi.
   Rəssamlar İttifaqının tənqid və təbliğ şöbəsinin müdiri, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Xocalı faciəsini Qarabağ müharibəsinin ən dəhşətli səhifəsi olduğunu bildirdi. O, faciədən 20 il ötsə də, Xocalı dəhşətlərini daha dərin əks etdirən təsviri sənət nümunələrinin hələ də az olduğunu dedi.
   Daha sonra sərgiyə baxış oldu. Sərgidə Rəssamlar İttifaqının üzvü Nazim Məmmədovun Xocalı soyqırımını əks etdirən 20-dən artıq rəsm əsəri nümayiş olunur.
   Nazim Məmmədov bir il ərzində bütün yaradıcılığını Xocalı faciəsinə aid rəsm əsərləri yaratmağa həsr etdiyini dedi: “Burada həm rəsmlər, həmçinin eskizlər də vardır. Lakin nə qədər çəksəm də, ürəyim hələ doludur. Çünki bu elə faciədir ki, insanlığa sığmır. Düzdür, faciəni əks etdirən fotolar, videomateriallara baxmışam. Lakin əsərlərimi onlara oxşatmağa çalışmıram. Daha çox daxilimdə olan hissləri təsvir edirəm. Hətta orada elə hadisələr olub ki, onu rəsmdə açıq-aşkar göstərmək belə mümkün deyil, Bu bizim ümummilli faciəmizdir, mən də bir vətəndaş kimi, rəssam kimi bu mövzuda əsərlərimin sayını artıracağam”.
   Sərgidə rəssamın “Dağılmış məkan”, “Bəşəriyyətin faciəsi Xocalı”, “327 Xocalı”, “Sükut”, “Qan gölü Xocalı” və s. əsərləri yer alıb.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar