Bakı şəhər uşaq incəsənət məktəbləri şagirdlərinin rəsm sərgisi
   
   Fevralın 24-də Xətai Sənət Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə uşaq incəsənət məktəbləri şagirdlərinin Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş rəsmlərindən ibarət sərgi açıldı.
   
   “Xocalısız 20 il” adlı sərginin açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin deputatları Gülər Əhmədova, Hüseynbala Mirələmov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev və digər qonaqlar iştirak etdilər.
   Tədbir iştirakçıları əvvəlcə “Xocalı harayı” abidəsinin önünə gül dəstələri qoyaraq faciə şəhidlərinin ruhunu yad etdilər. Sonra qonaqlar Xətai Sənət Mərkəzində gənc rəssamların əsərləri ilə tanış oldular.
   Sərgi Xocalının işğalı zamanı törədilmiş soyqırımı faktlarının təsviri sənət vasitəsilə ifadə edilməsi, əsrlər boyu başımıza gətirilən faciələrin bədii təcəssümü, eyni zamanda gənc nəsillərə vətənpərvərlik hisslərinin aşılanması və təbliği məqsədilə təşkil olunmuşdur.
   Martın 5-dək davam edəcək “Xocalısız 20 il” adlı sərgidə Xətai rayonu Ş.Ələsgərov adına 1 nömrəli, Yasamal rayonu V.Mustafayev adına 2 nömrəli, Suraxanı rayonu 3 nömrəli, Xəzər rayonu 4 nömrəli, Qaradağ rayonu 5 nömrəli və Binəqədi rayonu F.Əmirov adına 6 nömrəli 11 illik uşaq incəsənət məktəbləri şagirdlərinin rəsmləri nümayiş etdirilir. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar