Martın 1-də Parisin möhtəşəm Crous sərgi salonunda Dekorativ İncəsənət üzrə Dövlət Məktəbi məzunlarının və tələbələrinin rəsm və heykəltəraşlıq əsərlərindən ibarət sərgi açılıb.
   
   Sərgidə ötən ilin dekabr ayında Parisdə nümayiş etdirilən rəsm əsərlərindən ibarət sərgisi ilə fransız ictimaiyyətinin böyük marağına səbəb olmuş və onların artıq yaxşı tanıdığı gənc azərbaycanlı Məryəm Ələkbərlinin gipsdən yaratdığı heykəltəraşlıq əsəri də nümayiş etdirilir.
   Artıq rəssam kimi tanınan və bu sərgidə heykəltəraşlıq əsəri ilə fransız sənətsevərləri qarşısında bir növ hesabat verən 20 yaşlı Məryəmin təxəyyülünün məhsulu olan əsər sərgi iştirakçılarında böyük maraq doğurub. Məryəmin “Təbiətin oyanışı” adlandırdığı, baharın gəlişi və insanlarda yaratdığı xoş əhvali-ruhiyyəni əks etdirən əsərinin qarşısına xeyli seyrçinin toplanması da bunu sübut edirdi.
   İncəsənət həvəskarı Qiyom Blanş Məryəm Ələkbərlinin əsəri barədə deyir: “Bu əsər heykəltəraşın daxili hisslərinin, düşüncəsinin və təxəyyülünün məhsuludur. Bunu müəllifin böyük uğuru saymaq olar. Mən ona müvəffəqiyyətlər diləyirəm”.
   Xatırladaq ki, gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin martın sonlarında Moskvada fərdi sərgisi təşkil olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar