Aprelin 6-da “Qalereya-1969” salonunda Türkiyədə yaşayan tanınmış azərbaycanlı rəssam Asim Rəsuloğlunun sərgisi açıldı.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Salxab Məmmədov həmvətənimizin yaradıcılığından söhbət açaraq dünyanın bir çox ölkələrində, müxtəlif sərgilərdə onun əsərlərinin yer aldığını bildirdi. 90-cı illərdən rəssamın fərdi sərgilərini nümayiş etdirməyə başladığını söylədi. Onun ilk sərgisinin isə 1991-ci ildə Parisdəki “Aleksandr” qalereyasında açıldığını bildirdi. Bundan sonra rəssamın Danimarkada, Almaniyada, Türkiyədə (İzmir və Ankara), Belçikada fərdi sərgiləri təşkil olunub.
Qeyd olundu ki, daha çox işıqlı rənglərə üstünlük verən rəssam fəlsəfi fikirlərini böyük ustalıqla tamaşaçıya çatdıra bilir. Rəssamın əsərlərində müxtəlif mövzular yer alır. Onun Azərbaycanla bağlı tablolarından “Xocalı” əsəri sərgidə nümayiş olunur. S.Məmmədov həmkarına yaradıcılıq uğurları arzuladı.
Sərginin təşkilinə görə minnətdarlığını bildirən A.Rəsuloğlu Azərbaycandan kənarda yaşasa da, bir azərbaycanlı kimi ruhən doğma torpağa bağlı olduğunu, bunu öz əsərlərində əks etdirməyə çalışdığını dedi.
A.Rəsuloğlu 1955-ci ildə Şəkidə anadan olub, 1975-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini (indiki İncəsənət Kolleci) bitirib. 1975-1980-ci illərdə Belarus Dövlət Teatr-Sənət İnstitutunun monumental boyakarlıq fakültəsində təhsil alıb. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib.
Rəssam bir çox müsabiqə və sənət yarışmalarında uğurla iştirak edərək mükafatlara layiq görülüb. 1987-ci ildə Tokioda keçirilən müasir incəsənət mövzusunda sovet-yapon sərgisində qızıl medal, 1988-ci ildə SSRİ Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı tərəfindən Moskvada təşkil olunan gənc rəssamların beynəlxalq sərgisində gümüş medala layiq görülüb. Rəssam hazırda Türkiyədə yaşayır, Akdeniz Universitetində (Antalya) müəllim işləyir.
Rəssamın Bakıdakı sərgisində “Ruhlar tuneli”, “Xocalı”, “Azərbaycan”, “Adəm və Həvva” və s. əsərləri nümayiş olunur.
Sərgi aprelin 12-dək davam edəcək.
Reyhan