Təşkilatın ofisində gənc rəssamların ölkəmizə həsr olunmuş əsərləri sərgilənib
   
   TÜRKSOY-un Ankaradakı mərkəzi ofisində təşkil edilmiş “Yüce” özəl məktəbi şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi açılıb. Sərgidə Azərbaycan mənzərələri təsvir olunmuş tablolar nümayiş etdirilib.
   
   Məktəbin direktoru Saatet Roaç, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı və TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş şagirdlərə hədiyyələr təqdim edib, onların əsərlərində türk dünyasının incisi olan Azərbaycanın təbiəti, tarixi-memarlıq abidələrinin çox gözəl təsvir olunduğunu bildiriblər.
   Gənc rəssam Turan Qafarlının Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsindən bəhs edən tablosu sərginin ziyarətçilərində xüsusi maraq doğurub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar