İyunun 1-də “Park Bulvar” ticarət mərkəzində Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə keçirilən “Mənim Avropam” adlı uşaq rəsm müsabiqəsinin nəticələri elan olunacaq. Aprel-may aylarında keçirilən müsabiqənin məqsədi uşaqların rəsmlər vasitəsilə Avropa barədə bilgilərini, düşüncələrini və Azərbaycanın Avropada yerini necə gördüklərini üzə çıxarmaq idi. Müsabiqədə 6-9 və 10-14 yaş qruplarında 100-dən çox uşaq iştirak edib.
   Kiçik yaş qrupunda Əminə Əlibəyli və Abdulla Axundov, böyük yaş qrupunda isə Nərminə Qurbanova və Miladi Quluzadə birinci və ikinci yerləri bölüşüblər. Müsabiqənin ən kiçik iştirakçısı, 5 yaşlı Ülviyyə Məmmədova xüsusi mükafata layiq görülüb. Rəsmlərin sərgisi iyunun 7-dək “Park Bulvar”da sərgilənəcək. 

   Fəxriyyə