Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr olunmuş sərgi
   

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 5-də Muzey Mərkəzində görkəmli satirik şair Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə həsr olunmuş sərgi açıldı. Sərgidə Xalq rəssamı Arif Hüseynovun və Əməkdar incəsənət xadimi Bayram Hacızadənin qrafika əsərləri nümayiş olunur.
   
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ədibin yaradıcılığından söz açdı. Bildirdi ki, görkəmli şair, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 ili tamam olur. Prezident İlham Əliyevin 1 iyun 2010-cu il tarixli sərəncamına əsasən şairin yubileyi geniş şəkildə qeyd olunur. Sərəncamın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbirlər planı hazırlanaraq həyata keçirilir: “Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu günlərdə bayram əhval-ruhiyyəli tədbirlər keçirilib. Düşünürəm ki, Xalq rəssamı Arif Hüseynovun və Əməkdar incəsənət xadimi Bayram Hacızadənin qrafika əsərlərindən ibarət sərgi də maraqla qarşılanacaq. Sabir əbədiyaşar şairdir. Rəssamlar zaman-zaman onun əsərlərinə müraciət ediblər. İnanıram ki, biz bu gün maraqlı bir sərgini izləyəcəyik. Mən hər iki rəssama yaradıcılıq uğurları arzulayıram”.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Dövlət Rəssamlıq Akademiyasının prorektoru Xalq rəssamı Səlxab Məmmədov, sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Sabirin əsərlərinə müraciət etmiş rəssamların yaradıcılığından danışdılar.
   Qeyd olundu ki, Sabir mövzusu həmişə aktualdır. Çünki şair bütün dövrlərin müasiridir. Son vaxtlar gənc rəssamlar da Sabir mövzusuna müraciət edirlər.
   Sonra iştirakçılar sərgi ilə tanış oldular. Sərgidə rəssamların 60-dək əsəri yer alıb.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar