İyunun 6-da ABŞ-ın Virciniya ştatının aparıcı ali təhsil ocaqlarından olan Corc Meyson Universitetinin İncəsənət Məktəbində Azərbaycan və Amerika rəssamlarının əsərlərindən ibarət “Dünyanı birlikdə rəngləyək” adlı sərgi açılıb.
   
    Sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi “Dünyamızı birlikdə rəngləyək: Azərbaycanın Dağlıq Qarabağ rəngləri” adlı layihə çərçivəsində reallaşıb. Layihəni Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Dillər Universiteti maliyyələşdirib. İyunun 22-dək davam edəcək sərgidə Azərbaycanın gənc rəssamları Nərminə Vəliyeva və Şəhla Qəhrəmanlının yağlı boya və qrafika üslubunda işlədiyi rəsmlər, həvəskar rəssam Yeganə Vəliyevanın, eləcə də Amerikada yaşayan Azərbaycan əsilli gənc rəssam Leyla Rzayevanın əsərləri nümayiş olunur.
   Corc Meyson Universitetinin İncəsənət qalereyasının direktoru Uolter Kravits mərasimdə çıxış edərək layihənin əhəmiyyətini yüksək qiymətləndirib. “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva bildirib ki, bizim qadın rəssamlar rəsm əsərlərinin rənglərin dili ilə qloballaşan dünyamızı dostluğa, sevgiyə, sülh şəraitində yaşamağa, hər cür münaqişələrə yox deməyə çağırır. Belə layihələr vasitəsilə biz dünyamızı dostluq, sevgi, sülh rənginə boyamaq istəyirik.
   Sərgilənən 20 əsərin əksəriyyəti Qarabağ mövzusundadır. “Xarı bülbül”, “Şuşa məscidi”, “Qarabağ atları”, “Xocalı faciəsi” və s. rəsmlər Dağlıq Qarabağ münaqişəsinin tariximiz və mədəniyyətimizdə buraxdığı silinməz izdən xəbər verir.
   Sərginin açılış mərasimində ingilis dilində “Azərbaycana xoş gəlmisiniz” adlı sənədli film nümayiş olunub, Azərbaycan tarixinə, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı faciəsinə həsr olunmuş kitablar təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar