İyunun 10-da Macarıstanın paytaxtı Budapeştdə ənənəvi Beynəlxalq Dunay karnavalı başlanıb. İyunun 17-dək davam edəcək tədbirdə Çin, Hindistan, Ukrayna, Türkiyə, Çexiya, Slovakiya, Polşa, Rumıniya və Macarıstandan 300-dən çox sənət adamı iştirak edir. Bu il 17-ci dəfə keçirilən festivala ilk dəfə olaraq Azərbaycan sənətçiləri də qatılıblar. Beynəlxalq Dunay karnavalında ölkəmizi Gəncə Dövlət Filarmoniyasının “Göygöl” mahnı və rəqs ansamblı və Azərbaycan Dövlət Mahnı Teatrının solistləri təmsil edir.
   Karnaval günlərində tamaşaçılar teatr və mədəniyyət saraylarında, küçə və meydanlarda, rəqs meydançalarında və açıq havada müxtəlif ölkələrdən gəlmiş sənət adamlarının ifasında folklor, klassik, müasir və simfonik musiqiləri dinləmək imkanı qazanacaq, rəqs qruplarının ifasında milli və ekzotik rəqslərə, folklor oyunlarına tamaşa edəcəklər. Budapeştin mərkəzindəki məşhur tarixi körpünün adını daşıyan “Ceyn Bric folklor rəqsləri yarışması” təşkil olunacaq, qaliblər mükafatlandırılacaqlar. Azərbaycanlı sənətçilər də Macarıstan paytaxtının müxtəlif tarixi yerlərində təşkil olunan konsert proqramlarında çıxış edəcəklər.
   Ölkəmizin Macarıstandakı səfirliyinin təşəbbüsü ilə iyunun 12-də Budapeştin mərkəzindəki “Duna Palota” sarayında “Azərbaycan gecəsi” keçirilib. Gecədə iştirak edən diplomatik korpusun təmsilçiləri və Budapeşt ictimaiyyətinin nümayəndələri Azərbaycan oyun havaları və rəqsləri ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar