Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı İordaniyada keçirilmiş 27-ci Cəraş Mədəniyyət və İncəsənət Festivalında iştirak edib. 
   Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyindən bildiriblər ki, 1981-ci ildən ənənəvi olaraq keçirilən festivalda kollektivimizlə yanaşı, Misir, İraq, ABŞ, Suriya və digər ölkələrin təmsilçiləri xalqlarının milli mədəniyyətinin və incəsənətinin nümunələrini təqdim ediblər.
   “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri İordaniyanın qədim şəhərləri - Cəraş və Madabada çıxışlarında ölkəmizin zəngin musiqi irsinin nümunələrini təqdim edərək festival iştirakçılarının rəğbətini qazanıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar