Əsərləri indiyədək bir sıra sərgilərdə uğurla nümayiş olunmuş gənc rəssam Cəmilə Cavadova ilk fərdi yaradıcılıq sərgisinə hazırlaşır. C.Cavadova paytaxtın 207 nömrəli orta ümumtəhsil məktəbini bitirib, Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Yaradıcılığında daha çox boyakarlığa üstünlük verən gənc rəssam Memarlıq və İnşaat Universitetinin təşkil etdiyi respublika rəsm və rəsmxət olimpiadasında iki il dalbadal fəxri diploma layiq görülüb.