Avqustun 30-da Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Uşaqların yay təəssüratları” adlı sərgi təşkil edilib. Sərgidə kitabxananın gənc oxucularının yay tətilində istirahət etdikləri məkanları əks etdirən rəsmləri nümayiş olunub. Sərgi oxucular tərəfindən maraqla izlənilib.