Gəncə Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Göygöl” mahnı və rəqs ansamblı sentyabrın 5-dən 8-dək Türkmənistanda keçiriləcək “Avaza-2012” Beynəlxalq incəsənət festivalına dəvət alıb. Bu barədə məlumat verən Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Şahnaz Haşımova deyib ki, 20-dən artıq ölkənin 100-ə yaxın incəsənət kollektivinin qatılacağı festivalda tamaşaçılar sənət adamlarının ifasında klassik və müasir musiqiləri dinləyəcək, milli və ekzotik rəqslərə tamaşa edəcəklər. “Göygöl” mahnı və rəqs ansamblının kollektivi də bu festivalda maraqlı və zəngin proqramla çıxış edəcək.