Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə rayonun yaşayış məntəqələrində “Çiçəklən, doğma Azərbaycanım”, “Azərbaycan - yurdum mənim” devizi altında konsertlər təşkil olunub. Musiqi kollektivlərinin və incəsənət ustalarının rayonun Liman şəhərində, Ləj, Zövlə, Boladi, Osaküçə, Türkəkəran, Girdəni kəndlərindəki çıxışları əhali tərəfindən rəğbətlə qarşılanıb.