Azərbaycan Rəssamlar İttifaqı gələn ilin sentyabrında ölkəmizdə “Xəzər Biennalesi” keçirmək niyyətindədir. Sərgiyə Xəzər regionu ilə yanaşı, digər ölkələrdən də rəssamlar dəvət ediləcək. İttifaqın sədri, Xalq rəssamı Fərhad Xəlilovun sözlərinə görə, tədbir çərçivəsində Xəzər dənizində kruiz həyata keçirəcək gəmidə rəsm işlərinin nümayişi də nəzərdə tutulur: “Həmçinin biennale çərçivəsində maarifləndirici proqramlar keçiriləcək".
   Lalə Azəri