Ölkəmizin Türkiyədəki səfirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ankaradakı “CernModern” incəsənət mərkəzində azərbaycanlı rəssam Məryəm Ələkbərlinin “Rənglərin rəqsi” sərgisi açılıb.
   Sərgidə istedadlı fırça ustasının qrafika, batika və digər janrlarda 40 əsəri və onlar haqqında məlumatların yer aldığı kitablar təqdim olunub.
   Xarici diplomatlar, millət vəkilləri, rəssamlar və elm xadimlərinin iştirak etdiyi mərasimdə ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov çıxış edərək sərginin qardaş Türkiyənin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, nadir istedada malik olan, Paris Dekorativ Sənət İnstitutunda təhsilini davam etdirən Məryəm Ələkbərlinin sərgiləri UNESCO-da, Parisdəki Vivienne Art Galeriedə, Moskva Müasir Sənət Muzeyində, Berlində təşkil olunub və böyük maraq doğurub.
   Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay gənc rəssamın əsərlərindən duyduğu heyranlığı dilə gətirib, ona yeni yaradıcılıq uğurları arzulayıb.
   Bilkənd Universiteti İdarə Heyətinin sədri, professor Əli Doğramacı Azərbaycanın istedadlı övladlarının, o cümlədən Məryəm Ələkbərlinin gələcəyinin parlaq olduğunu vurğulayıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar