Sentyabrın 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq rəssamı Bədurə Əfqanlının 100 illik yubileyinə həsr olunmuş sərgi açıldı.
   
   Tədbirdə çıxış edən teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov tanınmış teatr rəssamının həyat və yaradıcılığından söz açdı. Qeyd olundu ki, ötən əsrin əvvəllərində teatr-dekorasiya sənətinin inkişafı və təşəkkül tapmasında ilk azərbaycanlı qadın teatr rəssamı Bədurə Əfqanlının əvəzsiz xidmətləri olub. O, Akademik Dram, Rus Dram teatrlarında və bir müddət Aşqabad teatrında tərtibatçı və geyim üzrə rəssam olaraq çalışıb. 1960-cı ildən fəaliyyətini “Azərbaycanfilm” kinostudiyasında davam etdirərək “Koroğlu”, “Leyli və Məcnun”, “Dəli Kür”, “Böyük dayaq”, “Dədə Qorqud”, “O qızı tapın”, “Qatır Məmməd” kimi ekran əsərlərinə geyim eskizləri çəkib.
   Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirdi ki, rəssam ilk dəfə Rza Əfqanlının (Bədurə Əfqanlının həyat yoldaşı - red.) quruluşunda səhnəyə qoyulan “Qaçaq Kərəm” tamaşasına bədii tərtibat verib. Onlar uzun illər birgə çalışır, bir çox tamaşalara uğurlu səhnə həyatı verirlər. Bu sırada “Şeyx Sənan”, “Aşıq Qərib”, “1905-ci ildə”, “Sevil” tamaşalarını qeyd etmək olar. Hər iki sənətkar bir müddət Türkmənistanda, Aşqabad Dram Teatrında çalışırlar. Sonra yenidən Bakıya qayıdır, yaradıcılıq işlərini doğma şəhərdə davam etdirirlər: “Bədurə Əfqanlı 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrına dəvət alır və 1960-cı ilədək bu kollektivdə tərtibatçı və geyim üzrə rəssam olaraq çalışır. Bədii tərtibat verdiyi əsəri diqqətlə oxuyar, əhatə etdiyi dövrün tarixini, mədəniyyətini, geyim tərzini dəqiqliklə araşdırardı. Məhz bu səbəbdən onun verdiyi tərtibat sadəliyi, əsərin mövzusuna uyğyn olması ilə seçilib”.
   Çıxışlardan sonra iştirakçılar sərgi ilə tanış oldular. Qeyd olundu ki, Azərbaycan teatr-dekorasiya sənətinin görkəmli ustası Bədurə Əfqanlının 100 illik yubileyinə həsr olunmuş tədbir Gənc Tamaşaçılar Teatrından sonra, Akademik Milli Dram Teatrı və digər teatr müəssisələrində həyata keçiriləcək.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar