![](/img/news/700x420/9312.jpg)
Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev səfirliyin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi tədbirlər haqqında məlumat verib, Özbəkistanın Mədəniyyət və İncəsənət Forumu Fondunun xətti ilə Daşkənddə keçirilən müxtəlif layihələr barədə danışıb.
Röya Tağıyeva rəhbərlik etdiyi muzeydə mühafizə olunan Azərbaycan xalçalarından danışıb, dünyanın müxtəlif ölkələrində muzeyin iştirakı ilə keçirilən tədbirlər haqqında məlumat verib, Romada keçirilən sərginin kataloqu, “Azərbaycan xalçaları” kitabı və digər nəşrləri səfirliyə hədiyyə edib.