Özbəkistan Rəssamlar İttifaqının Daşkənddəki sərgi salonunda altıncı Beynəlxalq Fotosərgi başa çatıb. Sərgidə dünyanın 35 ölkəsinin 200-dən artıq foto ustasının 2 mindən çox əl işi nümayiş etdirilib. Fotolar Daşkənd və Səmərqəndin ən gözəl salonlarında nümayiş olunub.
   Sərgidə Azərbaycan fotoqrafları iştirak ediblər. Münsiflər heyəti arasında azərbaycanlı fotorəssam Fərid Məmmədov da olub. Azərbaycan Fotoqrafçılar Birliyinin sədri Mirnaib Həsənoğlunun əsərləri “Eksperimental foto” nominasiyasında fotosərginin bürünc medalına layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar