Oktyabrın 9-da İçərişəhərdə “YAY!” müasir incəsənət qalereyası açılıb. “YARAT” qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudovanın təşəbbüsü ilə yaradılan yeni qalereyanın məqsədi müasir Azərbaycan incəsənətini, eləcə də dünya incəsənətinin yeni cərəyanlar və simalarını paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına təqdim etməkdir.
“YAY!” qalereyası üç gənc rəssamın - Faiq Əhmədin, Fərid Rəsulovun və Elşən İbrahimovun əsərləri nümayiş olunan sərgi ilə birgə açılıb. Sərginin mövzusu “Azərbaycan xalçası”dır: ənənəvi və qeyri-adi, yenidən dərk edilmiş, yeniləşdirilmiş və çağdaş zamanın çərçivələrinə sığan xalçalar. Hər üç müəllifi Azərbaycan xalçasına yeni ömür bəxş etmək istəyi və zamanın çağırışına cavab olaraq mədəniyyətin dəyişmək və təkamül qabiliyyətini isbat etmək arzusu birləşdirir. Sərgi noyabrın 11-dək davam edəcək.