Ankaradakı “Port Art” rəsm qalereyasında 14 ölkədən 19 fırça ustasının iştirak etdiyi TÜRKSOY-un XV Rəssamlar Görüşü çərçivəsində çəkilmiş rəsmlərin sərgisi açılıb. Türkiyə Prezidenti Administrasiyasının baş katibi Mustafa İsen, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və digər rəsmilərin qatıldığı sərgidə azərbaycanlı rəssam Aqşin Kazımovun da əsəri yer alıb. Türkiyənin Sapança şəhərində çəkilmiş tablolar TÜRKSOY-un kolleksiyasına daxil edilib, rəssamlara xatirə hədiyyələri təqdim olunub.
   Təşkilatın baş katibi Düsen Kaseinov bildirib ki, indiyədək keçirilmiş görüşlərdə türk dünyası ölkələrindən 200 fırça ustası iştirak edib. Onların yaratdığı əsərlər Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrində təşkil olunmuş sərgilərdə nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar