Oktyabrın 26-28-də Rusiyanın Anapa şəhərində beynəlxalq “Luna top dance" rəqs festivalı keçiriləcək. Rusiya və digər ölkələrdən 50 kollektivin qatılacağı festivalda ölkəmiz də təmsil olunacaq.
Tədbir iştirakçıları dörd nominasiya ("Su", "Hava", “Torpaq", "Od") üzrə mükafat uğrunda mübarizə aparacaqlar. Qaliblərin mükafatlandırılma mərasimi hər gün kollektiv və solistlərin çıxışından sonra olacaq. Oktyabrın 26-da Şərq rəqslərinin ifaçıları arasında müsabiqə keçiriləcək. Oktyabrın 28-də estrada, xalq və klassik çıxışlar təqdim olunacaq.