Moskvada “Territoriya” VII beynəlxalq incəsənət məktəbi festivalı keçirilib. Müxtəlif ölkələrdən beş müxtəlif janrda tamaşa və ustad dərslərindən ibarət olan festival proqramı sənətsevər və mütəxəssislər tərəfindən maraqla qarşılanıb.
   Festivalda Avstriya, İtaliya, Latviya, Fransa və Əlcəzairin sənət layihələri təqdim olunub. Tədbir çərçivəsində sərgi, film nümayişləri də keçirilib. Ustad dərslərində isə tələbələr Yevgeni Mironov, Yuri Lyubimov, Çulpan Xamatova kimi məşhur sənətkarlarla görüşüblər. Festivalın məqsədlərindən biri gənclərin sənətə şablon baxışlarını dəyişmək, onları hər cür stereotiplərdən azad etməkdir. Sənət nümayişinə qatılmaq üçün festivalın saytına elektron ərizə yazmaq kifayətdir.

   Aliyə