Noyabrın 16-da Bakı İncəsənət Mərkəzinin “Yeni Gallery” sərgi salonunda “Nur dünyası” adlı fərdi yaradıcılıq sərgisi açılacaq. Sərgidə rəssam Tahirə Abdullayevanın əsərləri sərgilənəcək. Rəssam bildirib ki, rəsmlər müqəddəs Qurani-Kərimdən kəlmələrlə zəngindir: “Mənim ürəyimdə hər zaman bir möhtəşəm nağıl xəyalı vardı: ilahi dünyaya islam kalliqrafiyası prizmasından nəzər salmaq. Ümumiyyətlə, zərgər işinə bənzər xəttatlıq sənəti incəsənət növlərinin ən çətinidir. Necə ki, gözəl bir mahnının musiqisi və sözlərinin mənası bizə xoş gəlir, ruhumuzu qidalandırır, eləcə də sənət əsərinin böyük bir mənası olmalıdır. O, insan gözünə nur verməli, qəlbinə və həyatına ahəng, sağlıq, sevinc və bərəkət gətirməlidir”.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar