Heydər Əliyev Fondunun Azərbaycanın Almaniyadakı səfirliyi və “Bakı” jurnalı ilə birgə əməkdaşlıq çərçivəsində Berlində təşkil etdiyi “Bakıya uçuş” sərgisi müvəffəqiyyətlə davam edir. Noyabrın 2-də Berlinin məşhur “me Collectors Room” qalereyasında açılan və müasir Azərbaycan incəsənətinin nümunələrini əks etdirən sərgi Almaniya paytaxtında sənətsevərlər arasında böyük maraq doğurub. Qalereya rəhbərliyinin məlumatına görə, “Bakıya uçuş” “me Collectors Room”un indiyədək keçirdiyi sərgilər arasında ən çox ziyarətçi cəlb edən sərgisi hesab olunur. Aparılmış müşahidələr zamanı bəlli olub ki, sərgiyə hər gün 300-ə yaxın ziyarətçi gəlir.
   Bu, Berlində müasir incəsənət sahəsində bir qalereyada keçirilən xarici sərgi üçün çox yüksək göstəricidir.
   Almaniya mediası da “Bakıya uçuş” sərgisinə böyük diqqət göstərir. Sərgi noyabrın 17-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar