Noyabrın 20-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fotoqraf Şahin Hüseynovun “Adsız” fərdi fotosərgisinin açılış mərasimi keçirildi.
Tədbiri Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov açaraq Şahin Hüseynovun özünəməxsus yaradıcılıq üslubundan danışdı. Qeyd olundu ki, foto ustası bədii fotoqrafiya ilə məşğul olaraq maraqlı işlər ərsəyə gətirib. Onun işlərində işıq kölgə oyunu maraqlı təqdimatda verilir. Mədəniyyət və Turizm Nazirliyi belə gənc istedadların fəaliyyətini hər zaman diqqət mərkəzində saxlayır.
Tanınmış fotoqraf Rafiq Qəmbərov bildirdi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olmuş Ş.Hüseynov 1998-ci ildən fotoqrafiya ilə məşğuldur. Ötən müddət ərzində onun əsərləri bir sıra yerli və xarici ölkələrdə keçirilmiş sərgilərdə nümayiş olunub. Fotoqraf 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş «Mənim Azərbaycanım» adlı ümumrespublika fotomüsabiqəsinin qalibi olub.
Sonra fotoşəkillərə baxış keçirildi. Sərgidə fotoqrafın 80-dən çox əsəri nümayiş olunur. Tədbirdə həmçinin iştirakçılara fotoqrafın əsərlərindən ibarət kataloq təqdim edildi. Sərgi noyabrın 22-dək davam edəcək.
Ceyhun