Noyabrın 16-da “Yeni Gallery” salonunda rəssam Tahirə Abdullayevanın “Nur dünyası” adlı sərgisinin açılışı keçirildi.
Ekspozisiyada rəssamın 33 işi nümayiş olunur. Qurani-Kərimdən kəlmələr və deyimlərlə zəngin rəsm əsərləri zərgər işinə bərabər xəttatlıqla işlənilib.
Sərgi haqqında məlumat verən müəllif bildirdi ki, bu işlər üzərində bir ildən çox çalışıb. Rəssam bu əsərləri işləməzdən öncə Qurani-Kərimi öyrəndiyini, daha sonra ərəb əlifbasına, xəttatlığa yiyələndiyini bildirdi. T.Abdullayeva rəsm əsərlərində insanlığa dini prizmadan baxışın olduğunu bildirdi: “Ümumilikdə bu mövzuda 43 rəsmim var. Gələcəkdə kolleksiyamı zənginləşdirmək niyyətindəyəm”.
“Yeni Gallery”in direktoru Rafael Gülməmmədli sərgi münasibətilə rəssamı təbrik etdi. Onun sözlərinə görə, necə ki musiqi və ya digər sənət növləri ilə ruhumuz qidalanır, rahatlıq tapır, eləcə də rəsm əsərinin böyük mənası və təsiri olmalıdır.
Sərgidə “Allahın möhürü”, “Göz”, “Ən-Nur”, “Əl-Ahad”, “Əl-Vədud”, “Təsbeh”, “Qurani-Kərim” və s. rəsmlər yer alıb.
Reyhan