Dekabrın 7-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində “Almaniya bir rəssamın gözü ilə” mövzusunda rəssamlıq müsabiqəsinin beşinci ildönümünə həsr olunmuş sərgi açılacaq. Tədbir Almaniyanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, “Qız qalası”, “Berlin-Bakı” rəsm qalereyalarının təşkilatçılığı ilə keçiriləcək. Sərgi dekabrın 15-dək davam edəcək.