Dekabrın 28-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən II Respublika dekorativ-tətbiqi sənət festivalının yekun sərgisi keçiriləcək. Yekun tədbirdə il ərzində regionlarda keçirilmiş sərgilərdə seçilən ən yaxşı əl işləri nümayiş olunacaq. 100-dən artıq müəllifin əsərlərinin yer alacağı sərgi bir həftə davam edəcək.
   Qeyd edək ki, 2012-ci ilin fevral ayından start götürən festival çərçivəsində Gəncə, Şəki, Xaçmaz, Lənkəran və Bakıda keçirilən regional sərgilərdə 50-dən artıq şəhər və rayondan dekorativ-tətbiqi sənət ustaları iştirak ediblər.
   Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorundan bildiriblər ki, festivalın yekun sərgisi üçün seçilmiş əsərlərdən ibarət kataloq hazırlanır. Tədbirdə kataloqun da təqdimatı planlaşdırılır.