Dekabrın 13-də “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində “Art Group” sərgi qalereyasında almaniyalı və azərbaycanlı rəssamların işləri nümayiş olundu.
   
    Tədbirdə Zigfred Horst, Cemma Səttar, İrina Eldarova, Nazim Şah, Yusif Kətanovun əl işləri, Rüfət Əsədovun rejissoru olduğu “Antropologiya” sənədli filmi təqdim edildi.
   Cemma Səttarın əl işləri orijinal ideya olması baxımından xüsusilə seçilirdi. O yalnız notlardan istifadə etməklə Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Niyazinin portretlərini yaratmışdı. “Bundan öncə ədiblərin - M.Ə.Sabirin, Nəsiminin və başqalarının portretlərini çəkmişəm. İkinci portretlər seriyası isə görkəmli musiqiçilərə həsr olunub. İnsanların əl işlərimə böyük maraq göstərməsi məni sevindirir”, - deyə gənc rəssam bildirdi.
   Nazim Şah mürəkkəb, nar şirəsi və ədviyyat (sarıkök), eləcə də kəsici əşyalar istifadə edərək yaratdığı "Zamanın simaları”nı təqdim etdi.
   Babək Ağayev isə "Relax" əsərində plastik məmulatlardan istifadə etməklə istirahət edən insanın təsvirini yaratmışdı. Yusif Kətanov, İrina Eldarova, Zigfred Horstun rəngkarlıq janrında təqdim etdikləri əl işləri də maraqla qarşılandı.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar