Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi (MATM) “Tarix Muzeyi uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi elan edib. 5-17 yaşlı uşaq və yeniyetmələrin iştirak edəcəkləri müsabiqə üç yaş qrupu (5-10, 11-14, 15-17) üzrə keçiriləcək.
Müsabiqənin məqsədi uşaq və yeniyetmələrin Azərbaycan tarixinə marağını gücləndirmək, onlara maddi və mənəvi irsimizin qorunmasının vacibliyini aşılamaq, Milli Azərbaycan Tarixi Muzeyini yeni nəsillərə tanıtmaqdır. Müsabiqə şərtlərinə əsasən, “Tariximizi öyrənən, irsimizi qoruyan - Milli Azərbaycan Tarixi Muzeyi”, “Muzeyin ekspozisiyası”, “Nadir eksponatlar”, “Görkəmli xeyriyyəçi - Hacı Zeynaladbin Tağıyev” və “Hacı Zeynaladbin Tağıyevin yadigarı - Tarix Muzeyinin binası” mövzularından birində çəkilmiş rəsmlər aprelin 30-dək muzeyə təqdim edilməlidir. İşlər muzey əməkdaşları və peşəkar rəssamlardan ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.
Müsabiqəyə 18 may - Beynəlxalq Muzeylər Günü ərəfəsində yekun vurulacaq. Hər nominasiya üzrə bir birinci, iki ikinci, üç üçüncü dərəcəli diplom veriləcək. Ətraflı məlumatı muzeyin rəsmi saytından əldə etmək olar.