Yanvarın 30-da “Qafqaz Baku City” mehmanxanasında “Bir fidan yaşadar” adlı rəsm satış-sərgisi açılacaq. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Qafqaz Baku City” mehmanxanasının təşkilatçılığı, Türkiyənin “TRT” kanalının media dəstəyi ilə keçiriləcək xeyriyyə aksiyasının məqsədi kimsəsiz, talassemiyalı, cəzaçəkmə müəssisələrində böyüyən istedadlı uşaqlara kömək göstərməkdir.