Yanvarın 18-dən martın 7-dək Böyük Britaniyanın paytaxtı Londonda azərbaycanlı rəssam Niyaz Nəcəfovun fərdi sərgisi açılacaq.
   
   “Sümüklərin rəqsi” adlı sərgidə N.Nəcəfov özünün son dövrdə yaratdığı rəngarəng rəsm əsərlərini incəsənət həvəskarlarına təqdim edəcək. Sərgidə rəssamın kətan üzərində çəkilmiş qaranlıq üslubu və fərqliliyi əks etdirən əsərləri nümayiş olunacaq.
   Rəssamın yağlı boya və qrafika ilə çəkdiyi əsərləri onun təsirli rəng təsvirlərini və tünd rəssamlıq üslubunu əks etdirir. Öz məkanı kompozisiyası vasitəsilə rəssam, əsərlərində hissiyyat süzgəcindən keçirdiyi ədəb mövqeyini nümayiş etdirir.
   2005-ci ildə “Kişi və qadın”, 2007-ci ildə BMT-nin Cenevrə Bölməsinin Millətlər Sarayında “Qobustandan yol gələn naxışlar”, 2008-ci ildə isə Almaniyanın Berlin şəhərində keçirilən onlarla sərgidə iştirak edən rəssamın əsərləri xarici sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanıb.
   N.Nəcəfov 2009-cu ildə ölkəmizi 53-cü Beynəlxalq Venesiya Biennalesində təmsil edib. Ötən il Londonun məşhur “Phillips de Pury & Company” sərgi qalereyasında Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə keçirilən “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisində də iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar