Yanvarın 16-da “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” qalereyasında “PAT vəziyyəti” adlı sərgi açılacaq. “YARAT” Müasir İncəsənət Məkanına məxsus olan bu kurator layihəsi ilk dəfə keçən ilin yayında Moskvada - “Mars" qalereyasında, Gənclərin III Beynəlxalq İncəsənət Biennalesi çərçivəsində uğurla təqdim edilib.
Sərgidə gənc rəssamlar Reza Hazare, Fidan Seyidova, Nəzrin Məmmədova, Cemma Səttarovanın əsərləri nümayiş etdiriləcək.
“PAT vəziyyəti” sərgisi müasir dünyada kişilər və qadınlar arasında olan qarşılıqlı münasibət, dəyişən yaşam şəraitinin kontekstində həmişə maraqlı və aktualdır. Onilliklərlə gender mövzusunda davam edən sosial-mədəni araşdırmalar, demək olar ki, cinslər arasındakı münasibətlərə aydınlıq gətirməyib, əksinə, hər şey daha da mürəkkəbləşib. Çətinliklərin dərəcəsinin artması onunla əlaqələndirilir ki, müasir dünyada postmodernizmdən təyin olunmayan “X” zamanına keçid baş verir. Bu zəmanə isə özündə müxtəlif sistemləri - ənənəvi cəmiyyətdə yaşayanların zamanı ilə müasirlik rejimində yaşayanların zəmanəsini birləşdirəcək. Amma bir çox ölkələr qarışıq zəmanələr zonasında mövcud olur ki, orada gender problemi yaradıcılıq üçün də maraqlı materiallar verir.
Əfqan rəssamı Reza Hazarenin ölkəsində şəriət qanunları hökm sürür. Onun yaradıcılığı da daha çox patriarxal xarakter daşıyır: rəssam arxi-ənənəvi vasitələrdən - karandaş və kağızdan istifadə edir. Onun qəlbində Şərq Qərblə, Cənub Şimalla mübarizə aparır, çünki öz xanım həmkarlarından fərqli olaraq, o, İslam ölkəsindən dünyəvi ölkəyə - Azərbaycana gəldiyindən uyğunlaşmağa məcburdur. Fidan Seyidova, Nəzrin Məmmədova, Djemma Səttarova isə doğulduqları gündən dünyəvi bir məkanda yaşayırlar. Onların öz yaradıcılıq ideyalarını reallaşdırmaları üçün vasitə seçimləri də çox genişdir - həm heykəltəraşlıq instalyasiyaları, həm video. İki növ dünyagörüşünün toqquşması maraqlı nəticə vəd edir.
Sərgi fevralın 16-dək davam edəcək.