Londonda azərbaycanlı rəssamın sərgisi
   
   Londonda fəaliyyət göstərən “Gazelli Art House” müasir incəsənət qalereyasında azərbaycanlı rəssam Niyaz Nəcəfovun fərdi sərgisi açılıb. 
   “Sümüklərin rəqsi” adlı sərgidə gənc rəssamın yağlı boya ilə çəkdiyi əsərlər təqdim olunur. Rəssam əsərlərində özünün yaradıcılıq süzgəcindən keçirdiyi sənət mövqeyini nümayiş etdirir. Sərgi martın 7-dək davam edəcək.
   2005-ci ildə “Kişi və qadın”, 2007-ci ildə BMT-nin Cenevrə Bölməsinin Millətlər Sarayında “Qobustandan yol gələn naxışlar”, 2008-ci ildə Almaniyanın Berlin şəhərində keçirilən sərgidə iştirak edən rəssamın əsərləri xarici sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanıb.
   N.Nəcəfov 2009-cu ildə ölkəmizi 53-cü Beynəlxalq Venesiya Biennalesində təmsil edib. Ötən il isə Londonun məşhur “Phillips de Pury & Company” sərgi qalereyasında Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə keçirilən “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisində iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar