Fevralın ortalarında Abşeron Rəsm Qalereyasında “Böyük sənətin astanasında” layihəsi çərçivəsində uşaq, yeniyetmə və orta yaşlı rəssamların əl işlərindən ibarət sərgi açılacaq.
   Qalereyanın direktoru Eldəniz İbrahimov bildirib ki, 15 gün davam edəcək sərgidə rəssamların müxtəlif mövzularda çəkdikləri əl işləri nümayiş olunacaq. Onun sözlərinə görə, artıq bir müddətdir Abşeron Rəsm Qalereyası tərəfindən “Böyük sənətin astanasında” layihəsi həyata keçirilir. İndiyədək layihə çərçivəsində “Azərbaycan uşaq təsviri sənəti” və “Azərbaycanın gənc rəssamları” kitabları nəşr edilib. Sərginin açılışında bu kitabların da təqdimatı nəzərdə tutulub.