“Yaşıl ada”nın əsrarəngiz görüntüləri Bakıda nümayiş olunacaq
   
   Fevralın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində “Bir gəncin gözü ilə Kıbrıs” adlı sərgi açılacaq. Sərgi Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçılığı və “Yeni istedadlar” İctimai Birliyinin dəstəyi ilə keçirilir.
   Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun bildirdiyinə görə, ictimai xadimlərin, millət vəkillərinin, gənclər təşkilatları nümayəndələrinin, tələbə və şagirdlərin iştirak edəcəyi tədbirin əsas məqsədi Şimali Kipr türklərinin həyatı, mədəniyyəti, bu diyarın təbii gözəlliklərinin Azərbaycanda tanıdılmasıdır.