Fevralın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Gənclər Gününə həsr edilmiş “Bir gəncin gözü ilə Kipr” adlı fotosərgi keçiriləcək. Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə təşkil edilən sərgidə Şimali Kiprin Doğu Akdeniz Universitetində təhsil alan İsmayıl Mahmudovun fotoşəkilləri nümayiş olunacaq.
   Ötən ildən il fəaliyyətə başlayan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin əsas məqsədi Şimali Kiprdə yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin yaradılması, Azərbaycanın mədəniyyətini təbliğ etmək, ölkəmizin və Şimali Kiprin ali təhsil ocaqlarında təhsil alan gənclərin əməkdaşlığının genişləndirilməsinə yardım göstərməkdən ibarətdir.
   Cəmiyyətin ilk layihəsi olan “Bir gəncin gözü ilə Kipr” adlı sərginin bu il mayın 28-də Belçikada, iyun ayında Moskvada və Sankt-Peterburqda, iyulda isə Fransada keçirilməsi nəzərdə tutulub.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar