Azərbaycanlı rəssam Vüqar Muradov ABŞ-ın Florida ştatının Neypls şəhərində keçirilmiş “Incognito” beynəlxalq sərgisində iştirak edib. İyirmi ölkədən rəssamların qatıldıqları sərgiyə onlar rəsm əsərləri deyil, fotoşəkillər təqdim ediblər. “Incognito” sərgisində Azərbaycanı təmsil edən Vüqar Muradovun “Şur” əsəri nümayiş olunub.