Fevralın 1-də Milli İncəsənət Muzeyində Gənclər Gününə həsr edilmiş “Bir gəncin gözü ilə Kipr” fotosərgisi açıldı.
   
   Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə təşkil edilən sərgidə Şimali Kipr Doğu Akdeniz Universitetinin biznesin idarə edilməsi fakültəsində təhsil alan İsmayıl Mahmudovun fotoşəkilləri nümayiş olundu.
   Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Doğu Akdeniz Universitetinin prorektoru, professor Osman Yılmaz və digərləri çıxış edərək sərgini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, ötən ildən fəaliyyətə başlayan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin əsas məqsədi Şimali Kiprdə yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrə, Azərbaycanın mədəniyyətinin təbliğinə, ölkəmizin və Şimali Kiprin ali təhsil ocaqlarında təhsil alan gənclərin əməkdaşlığına töhfə verməkdən ibarətdir.
   Vurğulandı ki, hazırda Şimali Kipr universitetlərində 98 ölkədən 60 mindən artıq tələbə təhsil alır. Bu isə dünyanın müxtəlif ölkələrinin gəncləri arasında Azərbaycan tarixinin, mədəniyyətinin təbliğ olunmasına imkan verir.
   Sonra sərgiyə baxış keçirildi. Ekspozisiyada Kiprin tarixi yerlərini əks etdirən 42 fotoşəkil nümayiş olunurdu. “Bir gəncin gözü ilə Kipr” sərgisinin bu il mayın 28-də Belçikada, iyunda Moskvada və Sankt-Peterburqda, iyulda isə Fransada nümayişi nəzərdə tutulur.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar